İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ingilislərə nifrət etdiyini deyib

Böyük Britaniyanın keçmiş beynəlxalq inkişaf katibi Rori Stüart ABŞ prezidenti Co Baydenin britaniyalılar haqqında xoşagəlməz ifadələr işlətdiyini deyib.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Bayden ABŞ prezidenti Barak Obamanın yanında vitse-prezident vəzifəsində çalışarkən İraqdakı sünnilərin şiələrə niyə nifrət etdiyini anladığını da deyibmiş.

“Mən vəziyyəti tam başa düşürəm. Bir-birlərinə nifrət edirlər. Budur, mən irlandiyalıyam. Mən ingilislərə nifrət edirəm” - deyə Stüart Baydenin İraqdakı müharibə ilə bağlı görüşlərdən birində bu sözləri işlətdiyini bildirib.

Xatırladaq ki, Böyük Britaniya kralı III Çarlzın mayın 7-də baş tutan tacqoyma mərasimində Bayden iştirak etməyib, onun əvəzinə ABŞ-ı həyat yoldaşı Cil Bayden təmsil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR