İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden hərbçilərin və kameraların qarşısında yıxıldı, qalxa bilmədi - FOTO, VİDEO

ABŞ prezidenti Co Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında keçirilən buraxılış mərasimi zamanı hərbçilərin və tamaşaçıların qarşısında yerə yıxılıb.

Musavat.com xarici mediada gedən görüntülər əsasında yazır ki, həmin an nədənsə orada olanlar sevincək qışqırırdılar.

Tədbirdə baş verən hadisə televiziya ilə yayımlanıb. Videodan görünür ki, Amerika prezidenti əvvəlcə podiumda olub, sonra isə dönüb ayağının altındakı qutunun üstündən büdrəyərək yıxılıb. Bayden dərhal ayağa qalxmağa çalışır, lakin bacarmır. Mühafizəçilər ona köməyə gəlib və dövlət başçısını ayağa qaldırıblar.

Hələlik Ağ Evdən 80 yaşlı siyasətçinin yıxılma zamanı xəsarət alıb-almaması ilə bağlı məlumat yayılmayıb.

 

Musavat.com

034f2c09f295c52f2da8d5fe1c68dafb.jpg (57 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR