İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayden administrasiyası bizə təzyiq göstərib” - Zukerberq

Zukerberq etiraf edib ki, Bayden administrasiyasının təzyiqi ilə sosial şəbəkələrindəki məzmuna senzura tətbiq edib

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" Zukerberqin ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana ünvanladığı məktuba istinadən məlumat yayıb.

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri, "Meta"nın sahibi Cim Cordana ünvanladığı məktubda qeyd edib ki, o, öz platformasında Co Baydenin oğlu Hanter Baydenin noutbukunun narkotik ticarəti və fahişəliklə əlaqəli məzmunu ilə bağlı materialların yayılmasına mane olub.

O, həmçinin, Ağ Evin təzyiqi ilə COVID-19 ilə bağlı "Meta"nın kontentinə senzura tətbiq etdiyini təsdiqləyib. Zukerberq eyni zamanda hökumətin təzyiqini "səhv" adlandırıb və bunun təkrarlanacağı təqdirdə cavab verəcəyini vəd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR