İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: "ABŞ-ın defoltdan qaça biləcəyinə əminəm"

ABŞ prezidenti Cozef Bayden ölkədə defoltdan qaçmaq imkanına "hələ də" inamının olduğunu söyləyib.

Musavat.com "Bloomberg"ə istinadla xəbər verir ki, prezident bu gün "mən hələ də əminəm ki, biz defoltdan qaça və layiqli bir şey edə bilərik" deyib.

Amerika lideri həmçinin hesab edir ki, hətta Vaşinqtonun dövlət borcu ilə bağlı danışıqlarda gərginlik belə defolta səbəb olmayacaq, çünki respublikaçılar və demokratlar razılığa gələ biləcəklər.

Daha əvvəl bildirilmişdi ki, rekord dövlət borcu səbəbindən ABŞ defoltla və ya dövlət xərclərinin kəskin azalması ilə üzləşə bilər. Qeyd edildiyi kimi, hər iki ssenari qlobal iqtisadiyyatı təhdid edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR