İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: "ABŞ-dakı defolt dünya iqtisadiyyatı üçün problem yaradacaq"

Konqres borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, ABŞ-ın defoltu bütün dünyada iqtisadi problemlərə gətirib çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bunu çərşənbə günü ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda dövlət borcunun tavan hissəsinin artırılması barədə danışarkən deyib.

“Əgər borcumuzu yerinə yetirməsək, bütün dünyada problemlər olacaq. Amerikanın etibarlı tərəfdaş kimi zəhmətlə qazandığı reputasiyasının qorunması ilə bağlı çoxlu müzakirələr gedir" – Bayden bildirib. O qeyd edib ki, defolt Amerika iqtisadiyyatı, həm də dünya üçün çox risklidir: “İndi tənəzzülə imkan vermək, milyonlarla iş yerini, Amerikanın dünya səhnəsindəki statusunu riskə atmaq vaxt deyil”.

Qeyd edək ki, Bayden administrasiyası son vaxtlar Konqresi 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanını artırmağa çağırır. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq limitin artırılmasına şübhə ilə yanaşır və borc səviyyəsinin artırılmasının şərti kimi dövlət xərclərinin azaldılmasını müdafiə edir. Ağ Ev xərclərin azaldılmasını müzakirə etməyə hazır olsa da, borc tavanı ilə bağlı respublikaçılarla məsləhətləşməyəcəyini vurğulayıb. Yanvar ayında ABŞ-ın Maliyyə Nazirliyi defoltdan qaçmaq üçün borclanma limiti ilə əlaqədar fövqəladə tədbirlər tətbiq etməyə başladı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR