İnsanlara hürriyət, millətlərə istiqlal!

Bay Kamalın ŞOK PKK yalanları - "Kılıçdaroğlu bu sözləri deyərkən HEÇ UTANMADI..."

Youtube kanalında bir proqrama qatılan “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kamal Kılıçdaroğlu PKK, FETÖ kimi terror təşkilatlarının dəstəyi ilə bağlı ona ünvanlanan suallara "qaçaq cavablar" verib, hətta açıq-saçıq yalan danışıb.

Musavat.com xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazır.

Kılıçdaroğluna sədr müavini və Diyarbakır millət vəkili Sezgin Tanrıkulu ilə bağlı maraqlı sual verilib, PKK terrorçularının dəfn mərasimlərində mütəmadi iştirak edən Tanrıkulunun PKK üzvləri ilə dostluğu soruşulub.

0 - 2023-05-23T181252.215.jpg (63 KB)

Kılıçdaroğlu isə cavabında PKK-çıların ona dolayı yolla dəstək vermələri üçün danışdırıldığı tezisini təkrarlayıb.

Qəzet yazır ki, müxalifət lideri suallara yalan cavablar verərkən "heç utanmayıb".

Bunun ardınca Kılıçdaroğluna çətin bir sual gəlib: "Kandildən olan terrorçular sizə qiymət verir. Sədr müavininiz Sezgin Tanrıkulu PKK üzvü Erdal Ərdən müsahibə alır və onu “dostum” adlandırır. Bu gün Tanrıkulunu dost hesab edən şəxsin sizə qiymət verməsi və dəstəyə çağırması anormaldır?"

"Sabah" yazır ki, Kamal Kılıçdaroğlu bu suala verdiyi cavabla az qala seçicilərin ağlını ələ salıb. CHP sədri deyib:

0 - 2023-05-23T181308.599.jpg (60 KB)

"Sezgin Tanrıkulu Diyarbəkir Vəkillər Kollegiyasının sədri idi. Terror təşkilatı ən çox Diyarbəkirdə fəaliyyət göstərdiyi zaman o, terrorçulara qarşı fəaliyyət göstərib və həmin dövrdə onlara qarşı çıxan şəxs olub".

Müxalifət lideri bu cavabla terrorçuların "dost" adlandırdığı Sezgin Tanrıkulunu "vətənpərvər" kimi qələmə verməyə çalışıb.

Kılıçdaroğlunun terrorçulara qarşı olduğunu iddia etdiyi Sezgin Tanrıkulu, əslində, mıhv edilmiş PKK üzvlərinin dəfn mərasimlərində tez-tez görünən və Səlahəddin Dəmirtaşla yanaşı dayanan şəxsdir.

0 - 2023-05-23T181315.202.jpg (34 KB)

Qəzet yazır ki, 7 partiyalı koalisiya masasının namizədi olan Kamal Kılıçdaroğlu seçkinin ilk turunda vətənpərvərlərə arxa çevirmək bahasına HDP ilə əməkdaşlıq edərək PKK-nın açıq dəstəyini aldı və seçkinin nəticəsindən sonra taktikanı dəyişdi. Çünki Kılıçdaroğlu HDP-dən əl çəkə bilmədiyi üçün seçicilərdən gözlədiyini ala bilmədi. Nəhayət, youtube kanalında yayınlanan proqramda səsləndirdiyi fikirlərlə özünə yer açmaq istəyən CHP sədri burada PKK ilə bağlı verilən suallara ya cılız cavablar verib, ya da açıq-aşkar yalan danışıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR