İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxmutda Rusiyanın vəzifəli şəxsi həlak oldu

Ukraynada Baxmut yaxınlığındakı döyüşlərdə Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri polkovnik Vyaçeslav Makarov, həmçinin ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko həlak olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müstəqil qaynaqlar tərəfindən yayılan məlumat bazar günü Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

Rusiya hərbi rəhbərliyi yüksək rütbəli komandirlərin ölümünü nadir hallarda təsdiqləyir və onları adları ilə çağırır. Müdafiə Nazirliyinin məlumatında Makarovun Baxmutun cənub-qərbindəki Krasnoe qəsəbəsi ərazisində Ukrayna hərbçilərinin hücumlarını dəf edərkən, Brovkonun isə cəbhənin digər sektorunda həlak olduğu bildirilir. Adı çəkilən hərbçilərin şəxsi heyətin fəaliyyətinə şəxsən rəhbərlik etdiyi qeyd olunub.

Baxmut yaxınlığında, son günlər Ukrayna hərbçiləri şəhərin şimalında və cənubunda Rusiya ordusunun cinahlarını yararaq irəliləyir.

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Rusiya hərbçilərinin qaçdığını söyləyir. O, hələlik polkovniklərin ölümü ilə bağlı açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR