İnsanlara hürriyət, millətlərə istiqlal!

"Başqanlıqdan gedəndən sonra 10 il rahat yaşadım"

"10 il əvvəl, 2014-cü ildə Müsavat Partiyasının nizamnaməsinə əsasən, namizədliyimi yenidən vermədim, başqanlıqdan geri çəkildim. Və mən 10 il rahat yaşadım. Çünki Müsavat Partiyasının rəhbəri olmaq çox ağır, şərəfli işdir".

Musavat.com bildirir ki, bu sözləri Müsavat Partiyasının XI qurultayında partiyanın başqanlığına namizəd İsa Qəmbər deyib.

Xatırladaq ki, Müsavat Partiyasının XI qurultayı davam edir. Qurultayın gündəmində duran məsələlər sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və ən əsası - yeni başqan seçkisidir.

Qeyd edək ki, 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər yenidən namizədliyini irəli sürüb.
Natiq Mehdi və Osman Kazımov da namizədliyini irəli sürmüşdü. Lakin onların artıq hər ikisi namizədliyini geri götürüb.

Beləliklə, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəddir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR