Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp WGAL-a müsahibəsində deyib.
“Onlar (indiki Amerika administrasiyası – red.) qərara gəliblər ki, bizə dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır: həbsxanalardan, psixiatriya xəstəxanalarından və s. Biz hər kəsi qəbul edirik”, - Tramp deyib.
Eyni zamanda o, etiraf edib ki, immiqrantlar arasında ABŞ-a fayda gətirən insanlar da var.
Qeyd edək ki, eks-prezident miqrant məsələsini öz seçki kampaniyasının zərbəçi şüarına çevirib.
Musavat.com
29 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ