Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya qoşunları artıq Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşə girib.
Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko “Telegram”-da bildirib. “KXDR-in ilk hərbçiləri artıq Kursk vilayətində atəşə tutulub”, - Kovalenko bildirib. O, qarşıdurmanın təfərrüatıyla bağlı əlavə məlumat verməyib. ABŞ Dövlət Departamenti Şimali Koreyanın Rusiyaya 10 minə yaxın hərbçi göndərdiyini təsdiqləmiş və Şimali Koreya qoşunlarının yaxın günlərdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edə biləcəyini bildirmişdi.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Azad İsazadə ilə Kursk döyüşlərini müzakirə edir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ