Onlayn ictimai-siyasi qəzet
Xızı rayonu, Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Ümid Mərdan oğlu Eyvazlı bədbəxt hadisə nəticəsində ölüb.
Məlumata görə, 7 yaşlı uşağın başına bit düşüb.
Bundan sonra azyaşlı başına mal-qara üçün nəzərdə tutulan "Neastol" dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ