İnsanlara hürriyət, millətlərə istiqlal!

Başı küllü aeroport - Meksikada hava limanı vulkan küünə görə işini dayandırıb

Meksikanın Puebla beynəlxalq hava limanı Popokatepetl vulkanının buraxdığı kül səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə ştatın Mülki Müdafiə İdarəsi tviter hesabında yazıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, məlumatda beynəlxalq hava limanının uçuş-enmə zolaqlarına kül düşdüyünə görə növbəti xəbərdarlığa qədər fəaliyyətinin dayandırıldığı bildirilib.

Daha əvvəl yerli hakimiyyət orqanları Puebla ştatının 40 bələdiyyəsində, həmçinin Mexiko və Tlaskala ştatlarının bəzi ərazilərində məktəbləri onlayn tədrisə keçirmək qərarına gəliblər.

Meksika paytaxtının hava limanı Popokatepetl vulkanı səbəbindən həftəsonu 207 reysin gecikdiyini və ya ləğv edildiyini bildirib.

Popokatepetl Meksikanın ən böyük və aktiv vulkanlarından biridir. Mayın 21-də ölkənin mülki müdafiə idarəsi vulkanın aktivliyi ilə əlaqədar təhlükə səviyyəsini beşə (cəmi yeddi səviyyə) qaldırıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR