İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin iqamətgahını polis basdı: Həbslər var

Portuqaliya polisi ölkənin baş naziri Antonio Kostanın rəsmi iqamətgahında axtarışlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, axtarışlar litium şirkətlərinin fəaliyyəti ilə bağlı araşdırmalar çərçivəsində həyata keçirilir.

Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin infrastruktur və ətraf mühit nazirlikləri də daxil olmaqla, daha 40-a yaxın yerdə axtarış aparır. Artıq həbslər də həyata keçirilib. “Publico” qəzetinin məlumatına görə, baş nazir administrasiyasının rəhbəri Vitor Eşkariya və Sines şəhərinin meri saxlanılıb.

Qeyd olunur ki, işdə şübhəli şəxs qismində Portuqaliyanın iki naziri var. Ehtimal olunur ki, iş respublikanın şimalında litium hasilatı layihələri ilə bağlıdır, çünki şirkətlərə münasibətdə ölkə hökumətinin mümkün güzəştləri var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR