İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Putinə görə geri ADDIM ATDI

Litvanın baş naziri və prezidentliyə namizəd İnqrida Şimonite seçki şüarını dəyişməli olub. Buna səbəb şüarın Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildəki seçki kampaniyası zamanı “Güclü Prezident – ​​Güclü Rusiya” şüarına bənzəməsi olub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin qərargahının rəhbəri Mindauqas Linqe bildirib.

Məlumata görə, bundan əvvəl Şimonite “Güclü prezident – ​​güclü ölkə” şüarı ilə ikinci dəfə seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Bu xəbər sosial şəbəkələrdə səs-küyə səbəb olub. 

Şimonite öz növbəsində tənqidlərə sakit yanaşdığını qeyd edib və xatırladıb ki, “seçkilərdə şüarlar deyil, namizədlər qalib gəlir”.

Qeyd edək ki, Litvada prezident seçkiləri 2024-cü ilin mayında keçiriləcək. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR