İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Madbuli: "Misir Qəzzadan olan fələstinli qaçqınları qəbul etməyəcək"

Misirin baş naziri Mustafa Madbuli ölkəsinin İsrailin təzyiqinə boyun əyməyəcəyini və Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etmək niyyətində olmadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir dövlətin Sinay yarımadasını qorumaq üçün milyonlarla insanın həyatını qurban verməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl "Associated Press" agentliyi baş nazir Benyamin Netanyahunun ofisinə istinadən İsrail hakimiyyətinin Qəzza zolağının bütün 2,3 milyon sakinini bölgədən Sinay yarımadasına qovmaq planları barədə məlumat vermişdi. Plana görə, onlar sahildən Misir ərazisinə sıxışdırılmalıdırlar.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR