İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir: “İtaliyanın Ukrayna üçün “F-16” qırıcıları yoxdur”

“İtaliyanın Ukrayna üçün “F-16” qırıcı təyyarələri yoxdur, lakin bu ölkə ukraynalı pilotlara təlim keçməyi nəzərdən keçirəcək”.

“Report”un məlumatına görə, bunu İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Amma söhbət ukraynalı pilotların mümkün hazırlığından gedir. Biz hələ bu qərarı verməmişik və müttəfiqlərlə müzakirə edirik”-deyə, o bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Corca Meloni ölkəsindəki daşqınlar səbəbilə “G7” liderlərinin sammitindən İtaliyaya erkən qayıdıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR