İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş direktorun müavini cari ilin 7 aylıq hesabatını təqdim edib

Bu ilin yanvar-iyul aylarında SOCAR “Azəriqaz” İstehsalat Birliyinin boru xətlərinə 4 milyard 825 milyon kubmetr təbii qaz qəbul edilib.

Musavat.com xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə qazın qəbulunda 342 milyon kubmetr artım olub. Qurum rəsmisi bildirib ki, bu ilin iyul ayı ərzində isə 316 milyon kubmetr təbii qaz qəbul olunub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 14 milyon kubmetr çoxdur.

Rəşad Cavadov bu ilin yanvar-iyul ayları ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur. Baş direktorun müavini, həmçinin bildirib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin həcminin 8 % təşkil etdiyi də media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84 milyon kubmetr və ya 2,5 % azdır. Baş direktorun satış üzrə müavini vurğulayıb ki, iyul ayı ərzində qaz itkisinin həcmi 4,5 % təşkil edir: “Bu, keçən ilin müvafiq ayı ilə müqayisədə 0,8 % , həcmlə isə 1,7 milyon kubmetr azalma olub”.

Görüş zamanı yeni abonentlərin sayı ilə bağlı statistik məlumat da açıqlanıb: “Bu ilin avqustun 1-nə SOCAR “Azəriqaz” İB üzrə qaz istehlakçılarının sayı 2 473 107-ə çatıb. Bu ilin yanvar-iyul ayı ərzində 31 412 , cari ilin iyul ayı ərzində isə 3 258 yeni abonent qeydiyyata alınıb”, - deyə Rəşad Cavadov qeyd edib.

Qazlaşma və təmir işləri barədə də görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, 2022-ci ildə regionlar üzrə 44 şəhər və rayonu, Bakı şəhəri üzrə isə 3 rayonu əhatə etməklə 116 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Bunlardan Dövlət proqramına uyğun olaraq 106 kənd və massivdə işlərə başlanılıb.

Aksiyaya mətbuat nümayəndələri ilə yanaşı, sıravi vətəndaşlar da üz tutub. Onlar da qaz təchizatı ilə bağlı suallarını Birliyin məsul şəxslərinə ünvanlayıblar. Daxil olan müraciətlər baş direktorun satış üzrə müavini Rəşad Cavadov və qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev tərəfindən cavablandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR