İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maska vəzifə verdi - FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder İlon Maskı və sahibkar Vivek Ramasvamini "Dövlət İdarəçiliyinin Effektivliyi Departamenti"nin rəhbərləri təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Bu iki görkəmli amerikalı birlikdə Administrasiyamda hökumət bürokratiyasını aradan qaldırmaq, həddindən artıq tənzimləmələri, israfçı xərcləri azaltmaq və federal agentliklərin yenidən qurulması yolunda önəmli addımlar atacaq”, - Tamp deyib.

Hələlik yeni strukturun hansı formada fəaliyyət göstərəcəyi bəlli deyil.

Trampın bəyanatında qeyd olunur ki, bu departament "genişmiqyaslı struktur islahatları aparmaq üçün Ağ Ev və mövcud Büdcə İdarəsi ilə əməkdaşlıq edəcək". O, yeni idarəni atom bombasının yaradıldığı Manhetten layihəsi ilə müqayisə edib.

Bundan əlavə, Mask və Ramasvaminin bu vəzifəni 2026-cı ilin iyul ayına qədər icra edəcəyi məlumdur. Bu müddətdən sonra onların səlahiyyətlərinin bitib-bitməyəcəyi hələ aydın deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR