Onlayn ictimai-siyasi qəzet
Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Report"a Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin deyib.
O qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək.
Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ