İnsanlara hürriyət, millətlərə istiqlal!

Barnye istefa ərizəsini Makrona TƏQDİM ETDİ

Fransa baş naziri Mişel Barnye prezident Emmanuel Makrona istefa ərizəsini təqdim etmək üçün Yelisey Sarayına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Baş nazirin istefa qərarı 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölmələrini parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Fransada sonuncu dəfə 1962-ci ildə hökumətə etimadsızlıq səsverməsi elan edilib.

Mişel Barnye müasir Fransa tarixində ən qısa müddət baş nazir vəzifəsində çalışan siyasətçi kimi yadda qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR