Onlayn ictimai-siyasi qəzet
Ermənistanda siyasi həyat yoxdur, biz fəlakət içində yaşayırıq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanda revanşist “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, Baqrat Qalstanyan iyunun 19-da keçirdiyi mətbuat konfransında deyib.
“Biz şəxsiyyətimizi itirmişik. Ermənistanda siyasət varmı ki, siyasi həyat olsun? Görmürsünüzmü parlamentin tribunası necə olub? General-leytenant döyüləndə bu siyasi həyatdır? Bu, xuliqanlıqdır. Polis rəisi nümayişçiyə köpək deyəndə, bu siyasi həyatdırmı?”, - deyə Qalstanyan danışıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ