İnsanlara hürriyət, millətlərə istiqlal!

Bank Respublika bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank özünün inkişaf tempini daha da sürətləndirmiş və ölkənin bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirmişdir.

2022-ci ilin ikinci rübü ilə müqayisədə bankın aktivləri 24% artaraq 1,71 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 32% artaraq 141,4 milyon manat olmuş və minimum məcmu kapital normasını 2,8 dəfə üstələmişdir.

aktivler.png (137 KB)

Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 37%-dən çox artaraq 53,39 milyon manata, xalis əməliyyat mənfəəti təxminən 2 dəfə artaraq 21,9 milyon manata, xalis mənfəəti isə 41% artaraq 17,59 milyon manata çatıb.

Bankın depozit portfeli də stabil artım nümayiş etdirir ki, bu da müştərilərin banka inamının yüksək səviyyəsinin göstəricisidir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 30,1% artaraq 1,06 milyard manat təşkil edib.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR