İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıqçılar 6 gün kiçik adada qidasız qalıblar - 11-i xilas olub, 9-u itkin düşüb

Avstraliya sahillərində kiçik bir adada 6 gün yeməksiz və susuz qalan 11 indoneziyalı balıqçı xilas edilib, daha 9 nəfər itkin düşüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi, çarəsiz  qalan balıqçıların 17 aprel bazar ertəsi günü Qərbi Avstraliyanın Broome şəhərindən 330 kilometr qərbdə yerləşən kiçik adadan təxliyə edildiyini bildirib. 

Sağ qalanlar bildiriblər ki, onların iki qayığınə güclü tropik İlsa siklonu məhv edib. Nəticədə qayıqlardan biri batıb. Batan qayığın on ekipaj üzvündən doqquzu itkin düşüb. Sağ qalan tək adam başqa bir qayıqdan balıqçılar tərəfindən götürülməzdən əvvəl bir kanistrdən yapışaraq bir neçə saat okeanda qalıb.

Sağ qalan balıqçılar Avstraliya sərhəd mühafizəsinin təyyarəsi tərəfindən görülüb, bundan sonra onlar xilasedici helikopterlə Broome evakuasiya edilib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib.

Sərhəd mühafizəsinin sözçüsü bildirib ki, sınaqlara baxmayaraq, bütün balıqçıların səhhəti yaxşıdır. Avstraliya hökuməti hazırda onların vətənlərinə qayıtması üzərində işləyir.

İlsa siklonu aprelin ortalarında Qərbi Avstraliyanı vurub və son 14 ildə regionda ən güclü qasırğa olub, lakin əhalinin məskunlaşdığı ərazilərə ciddi ziyan dəyməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR