İnsanlara hürriyət, millətlərə istiqlal!

Balasanyanı “vurdular” - Xankəndidə gərginlik pik həddə

Xankəndidəki separatçı rejimdə “hakimiyyət dıəyişikliyi” olub. Araik Arutyunyanın Vitali Balasanyanı “artsax təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edib. Onun yerinə Ararat Melkumyan təyin edilib. Ararat Melkumyan bu vəzifəyə təyin olunana qədər “milli təhlükəsizlik xidməti direktorunun birinci müavini” vəzifəsində çalışıb.

Erməni mediası bir müddətdir ki, Qarabağdakı separatçılar arasında gərginliyin olduğuna dair ciddi iddialarla çıxış edirdi. Bildirilir ki, Ruben Vardanyanla qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Erməni KİV-i qeyd edib ki, əvvəllər Balasanyan ruslar və azərbaycanlılarla əsas danışıq aparan şəxs idisə, indi onu arxa plana atıblar. O, hətta Vardanyanın pul hesabına topladığı mitinqdə də iştirak etməyib.

WhatsApp Image 2023-01-07 at 14.46.47.jpeg (165 KB)

Vardanyan isə Araikin qarşısında “ya mən, ya da Balasanyan” tələbini irəli sürüb. Qondarma rejimin keçmiş rəhbəri Bako Saakyan da “hökumətin” formalaşdırılmasında aktiv iştirak edir və Ruben Vardanyanı dəstəkləyir.

Vitali Balasanyan o adamdır ki, Qarabağdakı ermənilərin lideri sayılan Araik Arutyunyan müharibədən dərhal sonra onu “təhlükəsizlik şurasının katibi” postuna qaytarıb. General-leytenant Vitali Balasanyan 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək o zamankı qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olub. 1959-cu ildə Əsgəranda doğulan Balasanyan separatçı rejimdə diviziya komandiri, “müdafiə nazirinin müavini” olub. Daşnaksutyun partiyasının üzvüdür. 2012 və 2019-cu illərdə “Qarabağ prezidenti” vəzifəsinə namizədliyini irəli sürüb. Onun “vəzifəyə təyinatından” dərhal sonra Araik Arutyunyanın vəzifədən gedəcəyi ilə bağlı xəbərlər yayılmağa başlamışdı. Balasanyan separatçıların tör-töküntülərini dərhal başına toplayaraq demişdi ki, “Qarabağ ordusu” artıq onun rəhbərlik etdiyi “təhlükəsizlik şurasının” nəzarəti altına keçib.

WhatsApp Image 2023-01-07 at 14.46.46.jpeg (99 KB)

Vardanyanın gəlişi isə Xankəndidə “liderlər” arasında “gəlmə-yerli” narazılığını artırıb. Şuşadan ayaqyalın qaçsa da, Araik və ona sadiq qalan dəstəsi özlərini hələ də “müharibə qəhrəmanı” hesab edirlər və bu illərdə bir güllə səsi eşitməyən, Rusiyada kef edən Vardanyanın tez bir zamanda “əsas söz sahibi” olmasını qəbul etmirlər. Vardanyan Arutyunyanın bir neçə “nazirini” öz “idarəetməsinə” daxil etdikdən sonra istədiyini edir ki, bu da digər separatçılarda narazılıq yaradır. Vardanyan son müsahibələrində də özünü Xankəndidə “situasiyanın ağası” kimi təqdim etməyə çalışır. Vardanyanın “heç də bütün həmkarları mitinqin keçirilməsi ilə razı deyil” deməsi də situasiyanın qəlizliyini göstərirdi. İstisna deyil ki, Balasanyan zorla yola salınmasından sonra ya Qarabağda təxribata əl ata, ya da Vardanyanı qorxuda bilər. Amma fakt faktlığında qalır ki, Xankəndidə ermənilərin bir-birilərinə güllə atması uzaqda deyil...

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR