Onlayn ictimai-siyasi qəzet
Bir neçə gündür Qarabağdakı ermənilərin Laçın postundan heç bir maneə olmadan kütləvi şəkildə keçdiyinə dair görüntülər yayılır.
Yayılan kadrlardan görünür ki, ermənilərin “blokada” və “etnik təmizləmə” ilə bağlı sözləri separatçıların yaratdığı mifdən başqa bir şey deyil. Eyni zamanda, bu, “ermənilər Laçın sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklər” iddialarını da alt-üst edib. Ermənistan mediasının yazdığına görə, Qarabağdan çıxan ermənilərin geri qayıtması sual altındadır. Separatçı rejim erməni əhalisinin Qarabağda yaşamasını çətinləşdirən əsas problemə çevrilib. Əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəsə də, separatçılar öz mövcudluqlarını qorumaq üçün onların nə getməsinə, nə də Azərbaycana inteqrasiya olunmasına imkan verir.
Bəs görəsən, ermənilər geri dönməyə, burada yaşamağa qərar verərlərsə, onlarla birgə yaşayış mümkün olacaqmı? Azərbaycan əhalisi buna hazırdımı?
“TV Müsavat”ın reportyor qrupu olaraq paytaxt sakinlərinə bu suallarla müraciət etdik, onların fikirlərini öyrəndik.
Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ