Onlayn ictimai-siyasi qəzet
Bakıya gələn Əlcəzair vətəndaşı sərhədi qanunsuz keçərək Rusiyaya getmək istəyib.
Musavat.com xəbər verir ki, 22 yaşlı Bendemaq Çuayib sərhədi qanunsuz olaraq keçmək istəyən zaman Qusarda Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bendemaq Çuayib Rusiyaya işləmək üçün getmək istədiyini deyib. O, sərhədi keçmək üçün hansı yola baş vurduğunu belə danışıb:
“Bakıya gələndən sonra “Google Maps”də Rusiyaya qeyri-qanuni yolla keçəcəyim istiqaməti müəyyənləşdirdim. Taksi ilə Qusara gəldim. Samur kəndindən keçib meşəlik ərazi ilə yola düşdüm. Çəpərli yerə çatdım. Çəpərin məftillərini aralayıb digər tərəfə keçdim. 10 metr getmişdim ki, “Dayan” deyə səs gəldi. Sonra saxlanıldım”.
O, əməlindən peşman olduğunu bildirib.
Məhkəmə Bendemaq Çuayib barəsində 6 ay həbs cəzası təyin edib. Cəzası başa çatdıqdan sonra məcburi şəkildə ölkə hüdudlarından çıxarılacaq.
İ.Muradov
Musavat.com
16 Fevral 2025
15 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ