İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində qızı döydü - DİN-dən açıqlama: Anbaan görüntülər - YENİLƏNİB

Sosial şəbəkələrdə Bulvar ərazisində kişinin qadına şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "qafqazinfo"ya bildirib ki, paytaxtın Səbail rayonu Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bildirilib ki, hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq Polis Bölməsinə gətiriliblər.

Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib.

C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR