İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda zəncirvari qəza: Xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda 3 avtomobil toqquşub.

Hadisə Rəşid Behbudov prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Əsas yola gözləmədən daxil olan “Chevrolet” markalı minik avtomobili hərəkətdə olan digər “Toyota” və “Honda” markalı maşınlara çırpılıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralıya yerində yardım göstərilib. Avtomobillər yoldan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qəzanın səbəbləri araşdırılır. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR