İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda zəlzələ anından VİDEOLAR

Xəbər verdiyimiz kimi yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

Musavat.com xəbər verir ki, zəlzələ dağıdıcı olmasa da bir çox insanda panikaya səbəb olub. Əsasən də çoxmərtəbəli binalarda yaşayan sakinlər küçələrə, təhlükəsiz hesab etdikləri yerlərə çıxıblar.

Eyni zamanda zəlzələ anından da sosial şəbəkələrdə videolar yayılıb.

Musavat.com həmin görüntüləri təqdim edir:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR