İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yumurta qıtlığı yaşanır? - "Anbarlarda on milyonlarla..."– VACİB AÇIQLAMA

Son günlər Azərbaycanda pərakəndə satış nöqtələrində toyuq yumurtasının ciddi ucuzlaşması qeydə alınır.

Musavat.com xəbər verir ki, market şəbəkələrinin əksəriyyətində yumurta qiymətləri 8-9 qəpiyə qədər ucuzlaşıb.

Ucuzlaşmanın səbəblərini açıqlayan Azərbaycan Quş Əti, Yumurta İstehalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, yumurtanın ucuzlaşmasının əsas səbəbi mövsümi amillərlə bağlıdır:

“Hazırda yumurta istehsalında artım dövrüdür, həm quşçuluq müəssisələrində, həm də fərdi təsərrüfatlarda aktiv yumurtlama dövrüdür. Azərbaycanda yumurtaya olan gündəlik tələbat 4 milyon civarındadır, istehsal isə 6 milyon. İstehsalın bir qismi ixrac olunur, lakin bu, daxili tələbatın tam təmin olunmasına problem yaratmır. Üstəlik, bolluq var ki, bu da qiymətlərin azalmasına gətirib çıxarır”.

Bəzi mənbələrdə yumurta çatışmazlığına dair iddiaları M.Həsənli yanlış hesab edir:

“Hazırda anbarlarda on milyonlarla yumurta var. Hansı qıtlıqdan, çatışmazlıqdan söhbət gedə bilər? Ola bilsin ki, hansısa marketdə istirahət günlərində alıcı bolluğuna görə təminatı tənzimləyə bilməyiblər. Tam məsuliyyətlə bildirirəm ki, hazırda Azərbaycanda yumurta bolluğudur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR