Onlayn ictimai-siyasi qəzet
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsinin həkimi, 1966-cı il təvəllüdlü Təranə Bağırova həbs edilib.
Musavat.com Publika.az-a istiandən xəbər verir ki, həkim bir neçə vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə açılmış işin materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İttihamda qeyd edilib ki, həkim T.Bağırova bir neçə qadın tanışını aldadaraq onlardan xeyli pul alıb. T.Bağırova həmin qadınlardan ikisini xəstəxanaya xadimə kimi işə düzəldəcəyinə söz verib və hər birindən üç min manat olmaqla pul alıb. Digər qadın isə Təranəyə oğlunu sürücü kimi işə düzəltməkdə kömək etməsi üçün pul verib. Lakin T.Bağırova bütün pulları ələ keçirib və verdiyi vədi yerinə yetirməyib.
T.Bağırovanın əməlləri barədə cinayət işinin açılmasından sonra o işdən çıxarılıb. Məhkəmənin hökmü ilə T.Bağırova 3 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, qadınların cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ