Onlayn ictimai-siyasi qəzet
Bakıda yolda ara məsafəsi saxlamayan sürücü qəza törədib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
“Ara məsafəsinin düzgün saxlanılmaması qəzanın baş verməsini qaçılmaz edir. Yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında Heydər Əliyev prospektində baş verib. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun”, - məlumatda qeyd olunub.
@@TVmusavat/65369@@
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ