Onlayn ictimai-siyasi qəzet
Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.
Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Musavat.com
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ