İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərnişin dolu avtobusu idarə edən sürücü GÖRÜN NƏ ETDİ - VİDEO

Avtobusu idarə edən zaman "TikTok"da canlı yayım açan sürücü işdən azad edilib.

Bu barədə Musavat.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman "TikTok" platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

***

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını riskə ataraq sosial şəbəkədə canlı yayıma çıxıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub.

Videoda sərnişin dolu avtobusun sürücüsünün yolda olarkən “TikTok”da canlı yayım açaraq insanların həyatını riskə atdığı anlar əks olunub.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR