Onlayn ictimai-siyasi qəzet
Bakıda sensasion ƏDV dələduzluğu faktı aşkara çıxarılıb.
Musavat.com saytına məlumat verən və bu dəstəni yaxından tanıyan mənbənin bildirdiyinə görə, hadisə keçən ilin may və iyun ayında baş verib.
Məlumata görə, Məmmədov Dilqəm adlı şəxs Fazil və Zərbalı adlı şərikləri ilə (adlar şərtidir - red.) ƏDV-çek maxinasiyası qurub. Onlar realda mövcud olmayan dükanların kassalarını "açıblar". Bu “kassa”ların sayı 5 ədəd olub.
“Hər kassa gündə 1200000 (1 milyon 200 min) manata yaxın çek vurub. Onlar özlərini avtodetal satıcısı kimi qeyd ediblər. Bu üsulla 2 aya vergidən 2 milyon 500 min manat pul çıxarıblar” - saytımıza daxil olan məlumatda bildirilib.
Mənbə qeyd edir ki, dəstə üzvləri gündüzlər “kassa”da virtual çek vurub, axşam da telefonla ƏDV-ni götürüblər:
“4 nəfər Sumqayıt şəhərində 6-cı mikrorayondakı evdə işləyib. Onlar Natiq (Dilqəmin xalası oğlu), İlkin və qardaşı (Dilqəmin ikinci arvadından olan oğlanları) və Namiq adlı şəxsdir. Ziyafət (Dilqəmin baldızı oğlu) isə öz evində işləyirmiş. Natiq, iki qardaş, bir də Namiq hərəsi bir ay işlədiklərinə görə 3000 manat pul alıblar. Ziyafətə isə şəriklər hansısa səbəbdən 30000 (30 min) manat veriblər. Natiq indi Fəqan adlı dostu ilə "sosial ev" düzəltmək adı ilə Bakıda camaatı aldatmaqla məşğuldur. Hər ay məhkəmələrdədir. Bütün evlərini ikinci arvadının və qayınanasının adına keçirib. Maşınları da qardaşının, oğullarının adındadır”, - deyə mənbə bildirib.
Musavat.com hüquq-mühafizə orqanlarına dəstənin gerçək ad və soyadlarını təqdim etmək imkanına malikdir və bunu həyata keçirə bilər.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ