İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda quldurluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında naməlum şəxsin 28 yaşlı bir nəfərə fiziki zor tətbiq etməklə 700 manatını talaması barədə polisə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı A.Zamanov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, rayon ərazisində yerləşən univermaqların birindən 270 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Kərimovanın, həmçinin sağlamlıq mərkəzlərinin birində bir qadının 120 manatını və 500 manat dəyərində qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Y.Xəlilovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR