Onlayn ictimai-siyasi qəzet
Bakıda yeniyetmə qız evdən qaçıb.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
17 yaşlı A. İsmayılova evdən çıxaraq, itkin düşüb. Onun itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
Aparılan araşdırma zamanı yeniyetmənin yeri müəyyən edilib. O, evdən qaçdığını və gecələr küçələrdə yatdığını bildirib. Onun sözlərinə görə, buna səbəb isə ögey atasının qeyri-insani rəftarı olub. Nəticədə qız çarəni evdən qaçıb tək yaşamaqda görüb.
O, Bakıdakı sığınacağa yerləşdirilib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ