Onlayn ictimai-siyasi qəzet
Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib.
Sahibkar kimi fəaliyyət göstərən Afiq Mustafayevin (soyad şərti) həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub.
Belə ki, 1984-cü il təvəllüdlü Afiq rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.
YPX əməkdaşları tərəfindən həmin yük maşınlarının sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilib. Lakin, 77-BJ-238 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib.
Daha sonra əraziyə “Porsche” markalı avtomobillə Afiq adlı şəxs yaxınlaşıb. O, özünü sözügedən yük maşının sahibi kimi təqdim edərək, sürücülərin hərəkət etmələrinə göstəriş verib. Həmin yük maşınlarının sürücüləri YPX əməkdaşlarına tabesizlik göstərərək hərəkətlərini davam etdiriblər. Bundan əlavə sahibkar idarə etdiyi “Porsche”ni yolun hərəkət hissəsində saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Daha sonra əraziyə post patrul xidmətinin əməkdaşlarının göndərilib. Afiq başqa nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşıb.
Polis Afiqi saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə protokol tərtib edib və iş məhkəməyə göndərilib. Sahibkar məhkəmədə özünü günahkar bilməyib.
Məhkəmənin hökmü ilə Afiq 15 gün müddətinə inzibati qaydada həbs edilib./qaynarinfo
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ