Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılan meyit aidiyyəti üzrə təhvil verilib.
Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.
***
Binəqədi rayonunda baş verən partlayışdan sonra dağıntılar altından çıxarılanlardan biri qadındır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, ekspertiza rəyindən sonra məlum olub.
Cəsədin mebel salonunda dərzi işləyən Ülviyyə adlı qadına aid olması yüksək ehtimaldır.
Qeyd edək ki, ötən gün dərzi xanımın və Rəşad adlı sex müdirinin dağıntılar altında qaldığı barədə məlumat vermişdik.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə Musavat.com-a nazirlikdən bildirilib.
Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ