Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında Rusiya prezidenti Vladimir Putinlə Alyaskada gözlənilən görüşü ilə bağlı maraqlı açıqlamalar verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Putinlə görüşün daha çox ilkin xarakter daşıyacağını vurğulayıb: "Bu, əslində boşluqları doldurmaq üçün bir görüş olacaq".
Trampın sözlərinə görə, Rusiya lideri onu Ukraynadakı böhranın mümkün həllində “iştirak etməyə dəvət edib: "Mən inanıram ki, o, buna son qoymaq istəyir".
ABŞ prezidenti qeyd edib ki, Putinlə görüşdən sonra Ukrayna üzrə diplomatiyadan geri çəkilə bilər. O, “getmək və mümkün nizamlanmanın parametrlərini öyrənmək” niyyətində olduğunu deyib: "Ola bilər ki, çıxıb uğurlar arzulayım və bununla da hər şey bitsin. Bunu da deyə bilərəm ki, məsələni həll etmək mümkün olmayacaq".
Tramp bunlara baxmayaraq, Putinlə konstruktiv görüş gözlədiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya prezidentini Ukraynadakı münaqişəyə son qoymağa inandıracaq: "Mən Vladimir Putinlə danışacağam. Ona deyəcəyəm: "Sən bu müharibəni dayandırmalısan. Onu dayandırmalısan". O isə mənimlə əlaqə saxlamayacaq”.
Tramp iddia edir ki, Putinlə görüşün ilk bir neçə dəqiqəsində o, Ukrayna ilə bağlı razılaşmanın mümkün olub-olmadığını anlayacaq.
O həmçinin Rusiya prezidenti görüşdən sonra onun nəticələri barədə Vladimir Zelenskiyə və Avropa ölkələrinin nümayəndələrinə məlumat vermək niyyətində olduğunu deyib: "Görüşdən sonra dərhal, bəlkə də otaqdan çıxan kimi Avropa liderlərinə zəng edəcəm. Zelenski ilə də danışacam”.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ