İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı

Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR