İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "NİVA" markalı avtomobil yandı - ANBAAN GÖRÜNTÜ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş "NİVA" markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "NİVA" markalı minik avtomobilinin arxa və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR