İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılıb - REPORTAJ

Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyidir.

Musavat.com xəbər verir ki, Dənizkənarı Milli Parkda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.

"Yeni Müsavat"ın əməkdaşı açılışdan sonra abidənin ucaldıldığı ərazidə olub.

Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Onun ən böyük arzusu Müslüm Maqomayevin heykəlini tamamlamaq olub: "Xeyli zamandır bu günü gözləyirdim. Çox şadam. Hər şey ürəyimcədir. Heykəl tuncdan hazırlanıb. Hündürlüyü 2,5 metrdir".

SSRİ Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da təəssüratlarını bizimlə bölüşdü: "Bu gün möhtəşəm gündür. Mənim sevimli, unudulmaz həyat yoldaşımın yubiley günüdür. Azərbaycana belə gözəl, layiqli açılışa görə təşəkkür edirəm. Axşam yubiley konserti keçiriləcək".

Xatırladaq ki, Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR