Onlayn ictimai-siyasi qəzet
Bakının Yasamal rayonunda yerləşən bəzi yaşayış binalarında özlərini polis əməkdaşları kimi təqdim edən bir neçə nəfər, fərqli saatlarda mənzillərin qapılarını döyərək ailə üzvləri ilə bağlı sorğu keçirdiklərini deyirlər.
Daha sonra naməlum şəxslər kameraların çəkdiyini görüb ərazini tərk edirlər.
Sakinlər bildiriblər ki, binalarından dəfələrlə oğurluq edilərək qiymətli əşyaları və velosipedləri oğurlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, həmin şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb.
Daha ətraflı "ARB Xəbər"in süjetində:
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ