İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Model BMT konfransı keçirilir - FOTOLAR

10 fevral tarixində Bakı şəhəri 6 nömrəli məktəb-liseydə Model BMT konfransının açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, 2 gün ərzində davam edəcək konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Ənənəvi olaraq keçirilən və DP-CAS beynəlxalq bakalavriat proqramının tələbələri tərəfindən keçirilən konfransda müxtəlif yerli və beynəlxalq məktəblərdən 150-dən çox şagird iştirak edir.

Konfrans iştirakçıları BMT-nin iş mexanizmləri və onun fəaliyyəti, beynəlxalq problemlərin həllinə töhfə verilməsi üsulları və danışıqlar prosesi haqqında daha çox məlumat əldə etmək imkanı qazanmaqla yanaşı, diplomatiya sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirirlər.

Tədbirin açılış sessiyasında qonaq qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri cənab Ayxan Hacızadə, Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Ofisinin rəhbəri xanım Milika Buriç, Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov konfransda çıxış ediblər.

Qonaqlar tələbələrlə öz təcrübə və tövsiyələrini paylaşaraq onlara təhsildə uğurlar arzu ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR