İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda marketdən 12 600 manat oğurlanıb

Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda yerləşən marketlərin birindən 12 600 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.

Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR