İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda KÜTLƏVİ DAVA: Bir nəfər metronun qarşısında bıçaqlandı

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə metronun Xalqlar Dostluğu stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Həsənov Mirhakim Akif oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı Həsənov iki bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR