İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda köhnə avtobuslar yığışdırılır

Bakı şəhərində avtobus parkını əsaslı şəkildə yeniləmiş yeganə özəl daşıyıcı şirkət bizik.

Musavat.com bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında "Xaliq Faiqoğlu MMC"-nin mətbuat katibi Nizam Rzayev sərnişindaşıma ilə bağlı yeni qanunların müzakirəsi ilə bağlı deyib.

"Şirkətimizin istismarında olan avtobusların böyük əksəriyyətinin istehsal tarixi 10 ildən azdır. Bakı şəhərində avtobus parkını əsaslı şəkildə yeniləmiş yeganə özəl daşıyıcı şirkət bizik. Sərnişindaşıma üçün qoyulan kriteriyalarda rəng məsələsi də var ki, bu da təyin edilmiş vaxtdan sonra istismara veriləcək nəqliyyat vasitələrinə şamil edilir. İli köhnə olan avtobusların da tədricən yenilənməsi nəzərdə tutulur. Bu istiqamətdə şirkətimiz layihələr həyata keçirir", - Rzayev bildirib.

Qeyd edək ki, martın 28-də Nazirlər Kabinetinin təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ə əsasən, müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR