Onlayn ictimai-siyasi qəzet
Bakıda kişi hündürlükdən yıxılıb.
Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 49 yaşlı Şahzadə Zahid Musa oğlu yaşadığı evin damından yıxılaraq, ağır xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bakıxanov qəsəbəsində özünə ev tikdirirmiş. Mərhum ustaların əl işinə baxmaq üçün dama çıxıb. Bu zaman yıxılaraq, ağır xəsarət alıb. Z.Şahzadə bir neçə il əvvələ qədər Bakıda daş karxanasına rəhbərlik edib.//Lent.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ