Onlayn ictimai-siyasi qəzet
Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs Gürcüstanda saxlanılıb
8 fevral saat 23:00 radələrində polisə Xəzər rayonunun Bina qəsəbəsindəki evlərdən birində 1976-cı il təvəllüdlü Lamiya Məmmədovanın qətlə yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, cinayətdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiyası üçün müvafiq tədbirlər görülür.
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ